1 dekabr – QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş şahmat turniri keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 30 noyabr 2022-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 1 dekabr – QİÇS-ə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş şahmat turniri keçirilib.
Şahmat turnirinin nəticəsinə əsasən, 1-ci yeri 244 №-li tam orta məktəbin komandası, 2-ci yeri 283 №-li tam orta məktəbin komandası, 3-cü yeri 143 №-li tam orta məktəbin komandası tutub.
Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirib.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.
Bineqedi.com









