Lavrov Bakı və İrəvana səsləndi – Xəritələr bizdədir…

0
57
sergey-lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan danışıqlarına da münasibət bildirib.

Bineqedi.com saytı xəbər verir ki, Lavrov ABŞ və Fransanın ATƏT-in Minsk qrupunu dəfn etdiyini söyləyib.

“Bununla bağlı bizim problemimiz yoxdur. Rusiya ilə heç bir formatda əməkdaşlıq edilməyəcəyini Qərb bəyan edib. Ona görə də erməni həmkarlarımız bizə Minsk qrupunu xatırladanda, biz onlara deyirik ki, bunu bizdən yox, ABŞ və Fransadan soruşun”, – deyə nazir qeyd edib.

XİN başçısı bildirib ki, Azərbaycanın qatılmadığı hər hansı vasitəçilik missiyası mənasızdır: “Azərbaycanlılar və ermənilər mədəni insandırlar. Onlar Brüsseldə delimitasiya prosesi ilə bağlı danışıqlara gedirlər. Amma mənə aydın deyil ki, yalnız Rusiyanın Baş Qərargahında olan xəritələr olmadan delimitasiya və sülh prosesi ilə bağlı danışıqları necə aparmaq olar”.

“ATƏT-in Minsk qrupunu Fransa və ABŞ “dəfn etdi”, Rusiyanın bu məsələyə heç bir aidiyyətı yoxdur”.

“ATƏT-in Minsk qrupu bir vaxtlar yaradılanda məqsəd bölgədə təsir gücünə malik olan, rəsmi İrəvana və Bakıya siqnal göndərə biləcək dövlətləri birləşdirmək idi. Həmin vaxt Rusiya və ABŞ-ın həmsədrliyi ilə işləmək barədə razılıq əldə olunmuşdu, daha sonra Fransa da bu ikiliyə qatıldı”, – Rusiya xarici işlər naziri deyib.

“Ermənistan rəhbərliyi son zamanlar status haqqında deyil, Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsi barədə danışır. Azərbaycan tərəfi bu məsələni müzakirə etməyə və onları ölkənin digər vətəndaşlarının malik olduğu hüquqlarla təmin etməyə hazırdır.”

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın təhlükəsizlik problemlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

O, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Rusiyanın səyləri barədə də danışıb: “Biz rəsmi Bakı və İrəvan ilə 10-a yaxın görüş keçirmişik. Azərbaycanın 44 günlük müharibədə qələbəsindən sonra Rusiya regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində tərəflərə kömək göstərməyə davam edir. Bundan başqa, Rusiyanın sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması işində tərəflərə kömək etməsi barədə razılıq əldə olunub”.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) rəsmi Bakı ilə İrəvan arasındakı əlaqələrin normallaşdırılması prosesində özünü vasitəçi təqdim etməklə “dəfn olunmuş” ATƏT-in Minsk qrupunun yoxluğunu kompensasiya etməyə çalışır.

Bineqedi.com

Əvvəlki məqaləPrezident YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovu təltif etdi
Növbəti məqalədəBinəqədidə şahmat turniri keçirilib – FOTOLAR