Binəqədidə voleybol turniri keçirilib – FOTOLAR

0
91
bineqedi-voleybol-turnir
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 dekabr 2022-ci il tarixində 143 №-li tam orta məktəbdə 3 dekabr – Ümumdünya Əlillər Gününə həsr olunmuş voleybol (oğlanlar) turniri keçirilib.
Bineqedi.com xəbər verir ki, Voleybol (oğlanlar) turnirinin nəticəsinə əsasən, 1-ci yeri 143 №-li tam orta məktəbin komandası, 2-ci yeri 100 №-li tam orta məktəbin komandası, 3-cü yeri 314 №-li tam orta məktəbin komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və 143 №-li tam orta məktəbin direktoru Rübabə Abdullayeva iştirak edib.
Bineqedi.com
Bir 4 nəfər, voleybol oynayan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 15 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləLavrov Milli Məclisdə tənqid atəşinə tutuldu
Növbəti məqalədəBinəqədidə gənc qızı doğum günü avtomobil vurub