Binəqədidə oğulun atasını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanıb

0
111
bineqedi-rayon-polis-idaresi

Bakıda oğulun atasını bıçaqlaması faktı ilə bağlı cinayət işi başlanılıb.

Bineqedi.com saytı report-a istinadən xəbər verir ki, hadisə dekabrın 15-də paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü E.Ağayev ailə münaqişəsi zamanı yaşadıqları evdə atası, 1982-ci il təvəllüdlü Ağayev Q.-nın ürək nahiyyəsinə daxilə nüfuz edən bıçaq zərbəsi yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

E.Ağayev şübhəli şəxs qismində tutulub.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə şəhid Tacir Mehdi oğlu Əhmədovun anım mərasimi keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların qəbulu keçirilib – FOTOLAR