Binəqədidəki yol qəzalarında gənc qadın və gənc qız ölüb

0
184
bineqedi qeza

Bakıda yol qəzası olub, gənc qadın ölüb.

Bineqedi.com saytı Report-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi-Mehdiabad yolunda qeydə alınıb.

Belə ki, Xədicə Allahverdiyevanın idarə etdiyi “Mercedes” markalı avtomobillə Rauf Abbasovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub. Nəticədə sonuncu avtomobildə sərnişin olan 1995-ci il təvəllüdlü Xumarǝ Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölüb, X.Allahverdiyeva isə müxtəlif dərəcəli xəsarətlər alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Binəqədi rayonunda digər qəzada isə 16 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

2007-ci il təvəllüdlü Məmmədov Əliqismət Arif oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBakını aldatmaq üçün YENİ PLAN
Növbəti məqalədəRəsulzadə qəsəbəsində qaz təchizatına qanunsuz müdaxilə edilib? – VİDEO