Binəqədidə qadın tanışı tərəfindən döyülüb

0
148
bineqedi-tecili-yardim

Bakının Binəqədi rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Bineqedi.com saytı “Report”a istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Ə. E. Azər qızı tanışı tərəfindən döyülərək xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona üz-baş, aşağı ətrafların hematoması və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Binəqədidə digər bir hadisədə isə avtomobil 68 yaşlı qadını vuraraq öldürüb.

Bineqedi.com saytının APA-ya istinadən məlumatına görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.

Zeynal Məmmədov idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə piyada, 1955-ci il təvəllüdlü Qənirə Hacıyevanı vurub.

Piyada aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Əvvəlki məqalə“Siyasi Partiyalar haqqında” Qanun mütərəqqi ideyaları özündə əks etdirir
Növbəti məqalədəBinəqədidə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib – FOTOLAR