Binəqədidə mebel sexindən 6000 manatlıq oğurluq edilib

0
135

Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsindəki mebel sexlərinin birindən 6000 manat dəyərində təmir alətləri və elektrik naqilinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Bineqedi.com saytı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Goranboy rayon sakini S. Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bakının Binəqədi rayonunda isə ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.

Rəşid İsmayılov 17 ünvanında yolun piyadalar üçün müəyyən edilməyən hissəsindən əks tərəfə keçmək istəyən 45 yaşlı Xəyyam Ələsgərovu 02-BL-612 dövlət nömrə nişanlı avtomobil vurub.

Hadisəni törədən sürücü Əsədov Ədalət Maqsud oğlu dərhal təcili tibbi yardım briqadasına müraciət edib.

Yaralı açıq kəllə beyin travması və sağ ayaq sümüyünün sınığı diaqnozları ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Onun vəziyyəti ağır qiymətləndirilir.

Sürücünün izahatını Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları alıblar.

Əvvəlki məqaləDaşınmaz əmlak hüquqlarının “bir pəncərə”dən dövlət qeydiyyatına başlanılır
Növbəti məqalədəPensiya artımı bu şəxslərə şamil ediləcək