Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri – Onları siz də tanıyın

0
236
bineqedi-rayon-icra-hakimiyyeti1
Leysan Novruz oğlu Məmmədov 03.01.1963-cü ildə Tovuz rayonunda anadan olub.
Bineqedi.com saytı Binəqədi Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, 1970-1980-ci illərdə Tovuz rayonu, Aşağı Quşçu kənd orta məktəbində təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstitutunda mühəndis-mexanik ixtisasını, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2003-cü ildə Ali Diplomatiya Kollecinin Hüquqşünaslıq fakültəsini bitirmişdir.
1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 1980-ci ildə Bakı Baş Tikinti İdarəsinin Təmir-Tikinti İdarəsində fəhlə kimi başlamış, sonradan həmin idarədə mexanik, usta iş icraçısı, rəis kimi fəaliyyətini davam etdirmiş, 1991-1995-ci illərdə Rayonlararası istehsalat təmir-tikinti trestində rəis, 1995-1996-cı illərdə Bakı Baş Tikinti İdarəsinin “Tikintikonstruksiya” İstehsalat Birliyində baş direktorun tikinti üzrə müavini, 1996-1998-ci illərdə AR Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin Nəzarət Təftiş İdarəsində baş müfəttiş, 1998-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatının Nəzarət şöbəsində əmək müfəttişi, baş əmək müfəttişi, baş məsləhətçi vəzifələrində, 2006-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam etmişdir.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, üç övladı var.​

 

Hacıbaba Adil oğlu Babayev 01.01.1978-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olmuşdur. 1985-1993-cü illərdə orta məktəbə getmişdir. 1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirmişdir. 1996-2000-ci illərdə Odlar Yurdu Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil almış, 2000-2002-ci illərdə Universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlamış, 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışmış, 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsinə yiyələnmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 26 yanvar 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
Dövlət qulluqçusu kimi fəaliyyət dövründə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri tərəfindən müxtəlif vaxtlarda “Fəxri Fərman”lar və “Təşəkkürnamə”lərlə təltif edilmişdir. 15 oktyabr 2018-ci il tarixində “Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli 3015 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2022-ci il tarixli 157 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, iki övladı var.​
Sevinc Məhəmməd qızı Süleymanova 31 avqust 1975-ci ildə Oğuz rayonunda anadan olmuşdur. 1982-1992-ci illərdə Bakı şəhəri Binəqədi rayonu H.Cəbrayılov adına 99 № li tam orta məktəbdə təhsil almışdır. 1997-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda (indiki Slavyan Universiteti) Rus dili və ədəbiyyatı ixtisasını, 2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu, 2012–ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi  fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 1997-ci ildə Binəqədi rayonu R.İmanov adına 205 № li tam orta məktəbdə rus-dili və ədəbiyyatı müəllim kimi başlamış, 1998-2019-cu illərdə Bakı şəhəri Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini olaraq davam etmişdir. 2019-2020-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin məsləhətçisi vəzifəsində çalışmışdır.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 23 noyabr 2020-ci il tarixli 104 saylı Əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir. Dövlət qulluğunun müşaviridir.
Ailəlidir, üç övladı var.
Əvvəlki məqaləEvlər gələn aydan daha da bahalaşacaq
Növbəti məqalədəBinəqədidə gənc oğlan özünü asdı