Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 6-cı mikrorayonda səyyar qəbulu keçirilib – FOTOLAR

0
123
elxan-allahverdiyev-altinci-mikrorayon-seyyar-qebul
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin yaşayış binasında suyun fasiləsiz verilməsi və liftin yenisi ilə əvəz olunması, S. Məmmədova 209 saylı binanın arxa hissəsində asfalt örtüyünün çəkilməsi və işıqlandırılması, Zakir Fərzəliyev küçəsi III döngədə, Cavadxan küçəsində və Mir Cəlal 105 saylı binanın həyətində qurumuş ağacların kəsilməsi və ya budanması, A.Məmmədov küçəsində kanalizasiya qapağının bərpa edilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.comBir 9 kişi, oturan insanlar, ayakta duran insanlar ve takım elbise görseli olabilir
Bir 11 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Bir 5 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 10 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 13 kişi ve ayakta duran insanlar görseli olabilir
Bir 8 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləBinəqədidə Azərbaycan Gəncləri Gününə həsr olunmuş şahmat turniri keçirilib – FOTOLAR
Növbəti məqalədəMetro və avtobuslarda gedişhaqqı artırıldı