Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT sənədi kimi yayılıb

0
116
Baku-City-baki-azerbaijan

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb.

İcmadan Bineqedi.com saytına verilən xəbərə görə, müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.

Bildirilib ki, müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur: “Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar olması üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Bu uğur icmamızı sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtmaq istiqamətində səylərini davam etdirməyə daha da ruhlandırır. Qərbi Azərbaycan İcması qeyd edilən müraciətin yayılmasına şərait yaratmasına görə BMT-nin katibliyinə təşəkkür edir”.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmələr başlayıb.

Bu, Ermənistan tərəfindən azərbaycanlıların hüquqlarının qəsdən pozulmasına cavab olaraq “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya çərçivəsində təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan tərəfinin qaldırdığı ikinci iddiadır.

Dinləmələr Haaqadakı Sülh Sarayında keçirilir.

Prosesə hakim Coan Donohyu sədrlik edir.

Xatırladaq ki, 2021-ci ilin oktyabrında BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə ikigünlük dinləmələr keçirilib. Həmin il dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda fəaliyyət göstərən fiziki şəxslər və təşkilatlar tərəfindən azərbaycanlılara qarşı irqi nifrət təbliğatının qadağan edilməsi üzrə müvəqqəti tədbirlər görülməsi ilə bağlı Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə həmçinin Ermənistanda azərbaycanlılara qarşı etnik zəmində insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görülməsi ilə bağlı qərar qəbul edib.

Bineqedi.com

Əvvəlki məqaləVətən müharibəsi şəhidi Murad Məmmədlinin xatirəsi yad edilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə gənc oğlan yenidən itkin düşüb