Elxan Allahverdiyevin M. Ə. Rəsulzadə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
122
elxan-allahverdiyev-resulzade-qesebesi-qebul.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com xəbər verir ki, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi.
Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin qəsəbə ərzisində yerləşən Murad marketin yanına “Milliön” aparatının qoyulması, Binəqədi şosesi 204 saylı binanın ərazisində qurumuş ağacın kəsilməsi və binanın fasadının rənglənməsi, Z.Qəmbərov küçəsində kanalizasiya xəttlərinin yuyulması və çökmüş lyukların qaldırılması, İ.Hacıyev küçəsindən 283 saylı məktəbə gedən pilləkənlərin təmiri və bərpası, qəsəbə ərazisində gənclərin idmanla məşğul olması məqsədilə açıq və ya qapalı məkanla təmin olunması, Rəşid Behbudov 24 ünvanı ərazisində küçəsinin bir hissəsinin asfaltlanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 5 kişi ve ayakta duran insanlar görseli olabilirBir 5 kişi ve ayakta duran insanlar görseli olabilirBir 4 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 10 kişi ve ayakta duran insanlar görseli olabilirBir 10 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 10 kişi ve ayakta duran insanlar görseli olabilirBir 12 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 5 kişi ve ayakta duran insanlar görseli olabilirFotoğraf açıklaması yok.Bir 6 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləBineqedi.com saytında yeni rubrika – “Öyrənək, öyrədək”
Növbəti məqalədəPensiyaların artması üçün yenilik edilir? – Qanuna dəyişiklik