“Sakinlərin Müraciət Xidməti – 1646″-nın fəaliyyətinin 10 ili tamam olur – FOTOLAR

0
141
sakinlerin-muracieti-xidmeti-bineqedi.png
Yerli icra hakimiyyəti orqanları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərimizə xidmət edən “Sakinlərin Müraciət Xidməti– 1646″-nın fəaliyyətinin 10 ili tamam olur.
Bineqedi.com xəbər verir ki, bu xidmət sahəsinin yaradılmasında məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanı formalaşdırmaq, göstərilən xidmət səviyyəsini yüksəltmək, dövlət–vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəvidə inkişafına xidmət etmək, operativ kommunikasiyanı təmin etmək və bununla da dövlət orqanı ilə cəmiyyət arasında əlaqəni gücləndirməkdən ibarətdir.
“Sakinlərin Müraciəti Xidməti-1646”-nın kollektivini təbrik edir, şərəfli işlərində hər birinə uğurlar arzu edirik!
Məlumat üçün bildiririk ki, xidmət vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların rayonda fəaliyyət göstərən dövlət qurumlarına müraciət imkanlarının asanlaşdırılması məqsədilə yaradılmış, bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilərək 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.
Fəaliyyətə başladığı dövrdən Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 283926 vahid, tərtib edilmiş icraat vərəqələrinin sayı 56151 vahid olub.
10 il ərzində icraat vərəqəsi açılmış 56151 vahid müraciətin 45705 vahidi və ya 81.4 %-i tam, 4132 vahidi və ya 7.4 %-i qismən, 6314 vahidi və ya 11.2 %-i müvafiq izahat verilərək həll edilib.
Bineqedi.comBir 4 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar, ofis və içəridə şəkili ola bilər
Bir 2 nəfər, ayaqüstə duran insanlar, çiçək və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, eynək, çiçək və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar, çiçək və içəridə şəkili ola bilərBir 2 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar, içəridə və ofis şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar, ofis və içəridə şəkili ola bilərBir içəridə şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.Şəkilin açıqlaması yoxdur.Bir bunu deyən yazı "2013-2022-ci illar üzra icra vaziyyati 50000 45705 40000 30000 20000 10000 4132 Tam hall 6314 Qisman hall Müvafiq izahat" şəkili ola bilər
Əvvəlki məqaləBineqedi.com-un “Öyrənək, öyrədək” rubrikasında yeni VİDEO – “Bir daha özünlə belə danışma – 14 qayda”
Növbəti məqalədəBinəqədidəki qətllə bağlı təfərrüatlar – Məhkəmə