Binəqədidə narkotik təsiri altında avtomobil idarə edən şəxs həbs olunub

0
111
bineqedi-rayon-mehkemesi

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilməklə inzibati qaydada həbs olunub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən fevralın 9-da saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən postda Bakı şəhər sakini Rüstəm Müslümovun idarə etdiyi “Haval” markalı avtomobil işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün sənədlərinə baxış zamanı onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub və avtomobil duracağa yerləşdirilib.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 333.2-ci maddələrinə əsasən protokol tərtib olunub.

Binəqədi rayon məhkəməsinin qərarı ilə R.Müslümov 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Bineqedi.com

Əvvəlki məqaləVüsar İsmayılov: “Cənub Qaz Dəhlizi Azərbaycanla Avropa arasında uğurlu əməkdaşlığın bariz nümunəsidir”
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların fərdi qəbulu keçirilib – FOTOLAR