Binəqədidə sahibkarlar maarifləndirilir

0
55
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında “Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması” mövzusunda tədbir keçirilmişdir.
  Bineqedi.info xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini cənab Vüsar İsmayılov, iqtisadiyyat nazirinin müavini cənab Sahib Məmmədov, İqtisadiyyat  Nazirliyinin  Sahibkarlığın  İnkişafı  Fondunun əməkdaşları, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən 120 sahibkar, müvəkkil bank kredit təşkilatlarının nümayəndələri və Binəqədi Rayon İcra  Hakimiyyətinin əməkdaşları iştirak etmişlər.
   Tədbir İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti və güzəştli kreditlərin verilməsi mexanizmi barədə videoçarxların nümayiş etdirilməsi ilə başlanılmışdır. Daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini cənab Vüsar İsmayılov və iqtisadiyyat nazirinin müavini cənab Sahib Məmmədov ölkədə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, eləcə də, 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətinin əsas istiqamətləri, o cümlədən, Binəqədi rayonu üzrə verilmiş kreditlər barədə çıxışlar etmişlər. Natiqlər dinlənildikdən sonra müvəkkil kredit təşkilatlarının nümayəndələri sahibkarların suallarına və təkliflərinə münasibət bildirmişdir.
Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib
Növbəti məqalədəİlham Əliyev “Xətai” metrostansiyasının açılışında – Fotolar