Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon gəncləri Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyini ziyarət etiblər.
Bineqedi.com saytına verilən məlumata görə, ziyarətdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Amal Əsgərov və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr iştirak ediblər.
Məlumat üçün bildiririk ki, Memorial Soyqırımı Muzeyi xalqımıza qarşı törədilmiş cinayətlər barədə həqiqətlərin geniş kütlələrə çatdırılması, xüsusən gənc nəslin ətraflı məlumatlandırılması yolu ilə cinayət qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılıb. Muzeydə olan tarixi sənədlər, foto və video materiallar, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondu muzeyin hər kəsə erməni qəsbkarlarının qəddar cinayətləri haqqında dolğun məlumat vermək missiyasında əhəmiyyətli rol oynayır.
Ziyarət iştirakçıları bu məlumatlarla yaxından tanış olublar.
Bineqedi.com


























