3 dəfə əlavə maaş kimlərə veriləcək – SİYAHI

0
153
pensiya-manat

2023-cü il yanvar ayının 20-də Baş nazir Əli Əsədovun qərarı ilə dövlət orqanlarında işləyən, ancaq dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 30 manat artırılıb. Qərardan sonra, maaşlar aşağıdakı kimidir:

Ali kateqoriya dövlət orqanlarında – 400 manat

1-ci kateqoriya dövlət orqanlarında – 385 manat

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında – 365 manat

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında – 345 manat

Qərarın növbəti hissəsində isə işçilərin mükafatlandırılmasından bəhs edilir. Sənədin 2-ci bəndində bildirilir ki, yuxarıda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə onların  aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.

Sosial şəbəkələrdə məlumat yayılıb ki, qərarda nəzərdə tutulan 3 misli maaş il ərzində 3 dəfə bayram günlərində və mükafat formasında ödəniləcək.

Bəs əlavə maaşların tətbiq ediləcəyi dövlət qurumları hansılardır?

Baş nazirin qərarına əsasən, maaş artımı və əlavə mükafat ali kateqoriya, 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci kateqoriyaya aid olan dövlət qurumlarında işləyən  dövlət qulluqçusu olmayan işçilərə (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aiddir. Qeyd olunan kateqoriyalarda nəzərdə tutulan dövlət orqanları aşağıdakılardır:

 

Ali Kateqoriya

Prezident Administrasiyası

Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar

Nazirlər Kabineti

Milli Məclis

Konstitusiya Məhkəməsi

Ali Məhkəmə

Birinci Kateqoriya

Naxçıvan Ali Məclisi

Baş Prokurorluq

Hesablama Palatası

Məhkəmə-Hüquq Şurasının Aparatı

İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı

İkinci Kateqoriya

Naxçıvan Ali Məhkəməsi

Naxçıvanın müvafiq icra hakimiyyəti orqanı

Hərbi Prokurorluq

Naxçıvan Prokurorluğu

Naxçıvan İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı

Apellyasiya məhkəmələri

Mərkəzi Seçki Komissiyasının Aparatı

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi

İcra hakimiyyəti orqanları

Milli Televiziya və Radio Şurasının Aparatı

Üçüncü Kateqoriya

Müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri

İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) regional mərkəzləri

Naxçıvan Mərkəzi Seçki Komissiyasının Aparatı

Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları

Naxçıvanın Televiziya və Radio Şurasının Aparatı

Ağır cinayətlər məhkəmələri

İnzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu

Bakı şəhər prokurorluğu

Dördüncü Kateqoriya

Müvafiq icra hakimiyyəti orqanları

Müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanlar

Rayon (şəhər) məhkəmələri, rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları

Başinci kateqoriya

Müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri

Modern.az

Əvvəlki məqaləCeyhun Bayramov: “Onlayn diplomatiya sülh müqaviləsi üzrə danışıqlarda səmərəli üsul deyil” – VİDEO
Növbəti məqalədəBinəqədidə yerləşən kafedə kütləvi dava olub?