Məktəbdə şagirdlər arasında bıçaqlanma olub?

0
133
bineqedi-rayon-polis-idaresi

Bakıda 83 nömrəli məktəb-liseydə şagirdlər arasında dava düşüb.

Bineqedi.com saytı xəbər Oxu.Az-a istinadən xəbər verir ki, X sinif şagirdləri sanitar qovşaqda dalaşıblar və biri digərin bıçaqlayıb.

Təhsil ocağında iki nəfər 10-cu sinif şagirdi tənəffüs zamanı zarafatlaşarkən anlaşılmazlıq əsnasında sanitar qovşaqda mübahisə və münaqişə ediblər:

“Məktəb rəhbərliyi dərhal məsələyə müdaxilə edib, valideynlər məktəbə dəvət olunublar. Məktəb rəhbərliyi tərəfindən psixoloqun iştirakı ilə valideynlər və şagirdlərlə söhbət aparılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, hadisə həmin məktəbin 10-cu sinif şagirdləri arasında tənəffüs zamanı baş verib:

“Faktla bağlı toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Şagirdlərdən biri digərinə kəsici alətlə xəsarət yetirib. Şagirdin xəsarətinin müəyyən edilməsi üçün ekspertiza təyin edilib, araşdırmalar davam etdirilir”.

Bineqedi.com

Əvvəlki məqaləÜrək xəstəliklərindən ölənlərin sayı artıb – Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb
Növbəti məqalədəBinəqədidə Corce Eneskunun adını daşıyan parkda dahi bəstəkarın abidəsi ziyarət edilib – FOTOLAR