Binəqədi rayonunda “Poeziyada əbədiləşən ömür” adlı tədbir keçirildi – FOTOLAR

0
140

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında ölkə Prezidentinin Sərəncamına əsasən “Poeziyada əbədiləşən ömür” adlı tədbir keçirilib.

Bineqedi.com saytına verilən məlumata görə, tədbirdə görkəmli nasir, tərcüməçi, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, orta ümumtəhsil müəssilərinin rəhbərləri, müəllimlər, gənclər və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Çıxış edən Sevinc Süleymanova xüsusilə qeyd etdi ki,  ümummilli lider Heydər Əliyev ensiklopedik təfəkkürlü, müdrik şəxsiyyət idi. Azərbaycanın milli-mənəvi və əxlaqi dəyərlərinin ümumbəşəri ideyalarla zənginləşdirilməsində onun misilsiz xidmətləri olmuşdur. Ümummilli lider Azərbaycan xalqının qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə, incəsənətinə qayğı ilə yanaşıb. Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi olub.

Heydər Əliyev haqqında xatirələrindən və ümumilli lidərə həsr etdiyi əsərlərindən və şeirlərindən geniş bəhs edən Baba Vəziroğlu  vurğuladı ki,  Ümummilli Liderin mədəniyyət sahəsində gördüyü xidmətləri, bizlərə olan diqqəti və qayğısı əvəzolunmazdır.

Tədbirdə şairin ifasında şeirlərini dinlənildi, eyni zamanda şair  oxucularla səmimi söhbət edib, fikirlərini bölüşdü, sualları cavablandırdı. Sonda Baba Vəziroğlu şəxsi imzası ilə “Qalanı xatirədir…” adlı kitabını iştirakçılara hədiyyə etdi.

Bineqedi.com

May be an image of 6 people, people standing and outdoorsMay be an image of 4 people, people standing, outdoors and monumentMay be an image of 8 people, people standing and outdoorsMay be an image of 3 people and people standingMay be an image of 2 people, people sitting, people standing and indoorMay be an image of 4 people and people standingMay be an image of 2 people, people standing, people sitting, suit and indoorMay be an image of 11 people, people standing and indoorMay be an image of 6 people, people sitting, people standing, suit and indoorMay be an image of 3 people, people standing and indoorMay be an image of 6 people and people standingMay be an image of 5 people, people standing, people sitting and indoorMay be an image of 8 people, people sitting, people standing and indoorMay be an image of 5 people, people standing and indoorMay be an image of 1 person

Əvvəlki məqaləTƏBİB yaralanan şəxslərlə bağlı MƏLUMAT YAYDI
Növbəti məqalədəElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR