Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
151
elxan-allahverdiyev-seyyar-qebul.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirblər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildiriblər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin H.Babaşov 9 saylı binada lift təsərrüfatının yaxşılaşdırılması və binanın həyətində AZƏRSU tərəfindən aparılan qazıntı işlərindən sonra sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, ödənişsiz kompyuter və dil kurslarında təhsil alması, M.Kazımovski, keçid 14/10, məhəllə 3215, ev 2a saylı binanın həyətində söhbətgahın quraşdırılması, M. Cəlal küçəsi, 51 saylı binanın həyətində ağacların budanması, Ü. Hacıbəyov 2a ünvanında zirzəmidə kanalizasiya xəttinin təmiri və zirzəminin dezinfeksiya olunması, 157 saylı məktəbin həyətində kanalizasiya xəttinin təmiri, A.Məmmədov 56 saylı binanın fasadının təmiri və binada lift təsərrüfatının yaxşılaşdırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bineqedi.com
Bir 9 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 8 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilirBir 5 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilirBir 13 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 8 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 13 kişi, oturan insanlar, ayakta duran insanlar ve takım elbise görseli olabilir
Əvvəlki məqaləBinəqədi rayonunda “Poeziyada əbədiləşən ömür” adlı tədbir keçirildi – FOTOLAR
Növbəti məqalədəBinəqədidə döyüşə yararlı tank mərmisi aşkarlanıb – VİDEO