Binəqədidə 78 yaşlı kişini avtomobil vuraraq öldürüb

0
117
bineqedi-piyada-qeza-yol

Bakıda 78 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Bineqedi.com saytının “Report”a istinadən məlumatına görə, ötən gün 06:37 radələrində 1977-ci il təvəllüdlü Mürşüdov Hafiz Kamandar oğlu idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında yolu keçmək istəyən 1945-ci il təvəllüdlü Ağayev Vaqif Rəhim oğlunu vurub, piyada aldığı xəsarətlərdən elə həmin gün Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə Corce Eneskunun adını daşıyan parkda dahi bəstəkarın abidəsi ziyarət edilib – FOTOLAR
Növbəti məqalədəPul müqabilində qeydiyyata salırlar? – VİDEO