Bakının Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
TƏBİB-dən bildirilib ki, hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 12:21 radələrində çağırış daxil olub.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.
Qeyd edək ki, bu gün Xətai rayonu ərazisində yerləşən hiperkarketlərdən birində silahlı insident baş verib.
Qeyd edək ki, bu gün Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən hipermarketdə baş vermiş silahlı basqının görüntüləri yayılıb.
Görüntülərdən hadisənin 2 nəfər tərəfindən törədilməsi məlum olur.