Bakının Binəqədi rayonunda yol qəzası baş verib.
Bineqedi.com saytı APA-ya istinadən xəbər verir ki, hadisə Cəfər Xandan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.
Əliyev Raşən Rafiq oğlu idarəetməsində olan “Lada Priora” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman maşını kəsişmədə hərəkət edən “Saipa” markalı avtomobilə çırpıb. Qəza nəticəsində hər iki maşına ciddi ziya dəyib.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisənin dəqiq təfərrüatları ərazidə olan müşahidə kameralarına baxıldıqdan sonra məlum olacaq.
Bineqedi.com