Ermənistan baş naziri Nikol Paşinyan II Qarabağ müharibəsində ölkəsinin məğlubiyyətindən danışıb.
Bineqedi.com xəbər verir ki, Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında bu barədə söz açıb.
Paşinyan məğlubiyyətin əsas səbəblərindən birini açıqlayıb.
“Bəli, biz müharibədə məğlub olduq. Bunun səbəbi ordumuzdakı 5-ci kolonla bağlıdır. Uduzduq, çünki ordumuzda 5-ci kolon var idi. Bu fikrim vəziyyətin və faktların öyrənilməsinə əsaslanır. 44 günlük müharibə zamanı silah çatışmazlığı yox idi. 2018-2020-ci illərdə respublika əvvəlki 10 ilin cəmindən daha çox silah əldə etmişdi”, – deyə o bildirib.
Baş nazir onu da xatırladıb ki, hazırda 50-dən çox hərbçi casusluqda ittiham olunur, hətta həbs olunan yüksək rütbəli məmurlar da var.
“Dünən Rusiya prezidenti ilə söhbətimiz Qarabağda eskalasiya mövzusuna həsr olunmuşdu. Putinə dedim ki, Rusiya sülhməramlılarının nəzarət zonasında problemlər var”.
Paşinyan çıxışı zamanı KTMT ilə bağlı məsələyə də aydınlıq gətirib.
“2022-ci ildə KTMT-nin baş katibi mənə dedi ki, KTMT-də Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı qorxular var. Cavab verdim ki, bu qorxular yersizdir, amma Ermənistanda mövcud olan başqa qorxular da var və bu, KTMT-nin Ermənistanı tərk etməsi ilə bağlıdır. Mənim qiymətləndirməm isə ondan ibarətdir ki, istər-istəməz KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir”, – deyə Ermənistan baş naziri vurğulayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Qarabağ ermənilərinə Bakıda danışıqların davam etdirilməsi ilə bağlı təklifinə münasibət bildirib.
“Artıq təşəbbüsə yekun cavab verilib. Qeyd olunub ki, danışıqlar eyni formatda, Rusiya sülhməramlılarının vasitəçiliyi ilə, eyni yerdə aparılmalıdır”, – deyə Ermənistan baş naziri söyləyib.
Qeyd edək ki, Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunub. Bundan öncə ilk görüş Xocalıda baş tutub.
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi üçün müstəqilliyin vacibliyindən danışıb.
“Ölkənin maraqlarını təmin etmək naminə irəli getmək üçün strateji yanaşma ilə ardıcıl şəkildə hərəkət edilməlidir. Ərazi bütövlüyü, suverenlik, müstəqillik “qırmızı xətt”dir, lakin İrəvan bu məsələlərin strateji, hərtərəfli və tam həllinin tərəfdarıdır”, – deyə baş nazir bildirib.
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsindən danışıb.
“Azərbaycanla imzalanacaq sülh müqaviləsi üçün zaminə ehtiyac var. Sülh müqaviləsinin zaminə ehtiyac var deyəndə, müqavilələrin yerinə yetirilməsi üçün təminatların olmasını nəzərdə tuturuq. Ola bilsin ki, hansısa mərhələdə bu məsələnin həlli olacaq və təklif irəli sürüləcək. Bizim üçün vacib olan zamin institutu deyil, zəmanət institutudur”, – deyə Paşinyan bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan yeni eskalasiya təhlükəsindən danışıb.
“Eskalasiya təhlükəsi realdır. Məhz mümkün eskalasiyanın qarşısını almaq, vəziyyəti izləmək üçün İrəvan avropalı müşahidəçilərdən ibarət missiya göndərməyi xahiş edib. Ermənistan Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı missiya göndərməyi təklif edir”, – deyə Baş nazir bildirib.
“Bakı bir neçə gün əvvəl İrəvanın fevralın ortalarında göndərdiyi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərə cavab verib”.
Baş nazir bildirib ki, Ermənistan tərəfi prosesdə müəyyən irəliləyiş görür, lakin irəliləyiş həm də fundamental problemləri ortaya qoyur.
Paşinyanın sözlərinə görə, 2020-ci ilin üçtərəfli bəyanatından fərqli olaraq, İrəvan və Bakı arasında razılaşma effektiv olmalıdır.
Ermənistan baş naziri Nikol Paşinyan ölkəsində korrupsiya ilə bağlı vəziyyətdən danışıb.
“Ermənistanda sistematik korrupsiya yoxdur. Mövcud korrupsiya işlərinə baxılır”, – deyə söyləyən Paşinyan bildirib ki, onların içində baş nazirin özünün təyin etdiyi şəxsləri də görür.
Paşinyan səs-küylü işlərdə hakimiyyət nümayəndələrinin də həbs olunduğunu xatırladıb: “Buna görə də toxunulmazlar yoxdur”.
Ermənistanın baş naziri Nikol Paşinyan bəzi məmurların bahalı mənzillərindən danışıb.
O, bu gün keçirdiyi mətbuat konfransında müdafiə naziri Suren Papikyanın 168 min dollara ev almasında, ABŞ-dakı Ermənistan səfiri Lilit Makunts və deputat Trdat Sarkisyanın oxşar addımlarında biabırçı heç nə görmədiyini deyib.
O, jurnalistlərdən güzəştli proqram çərçivəsində ipoteka götürüb-götürmədiklərini soruşub. Ermənistan baş naziri zarafatla ipoteka ilə ev almaq istədiyini söyləyib: “Mənə hardan alacağımı deyin, bilsəniz, bəlkə ordan alaram”.

















