Binəqədidə kişini bıçaqla hədələyib 45 manatını aldılar

0
118

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Məmmədovu bıçaqla hədələyib 45 manatını talamaları barədə polisə məlumat daxil olub.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri R. Cəfərov və əvvəllər məhkum olunmuş T. Alıyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakının Binəqədi rayonunda baş vermiş digər hadisədə Türkiyə vətəndaşının evindən oğurluq edilib.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunun Goradil qəsəbəsində qeydə alınıb.

Belə ki, Türkiyə vətəndaşı Pariakkılıç Baxtiyar Tefik oğlunun bağ evindən naməlum şəxs dəyəri 2370 manat olan tikinti materiallarını və usta alətlərini oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

 

Əvvəlki məqaləRusiya İrəvanı “VURMAĞA” BAŞLADI – Kreml Qarabağ ritorikasını dəyişir?
Növbəti məqalədəAzərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür