Binəqədidə məktəbdə Cabir Novruzun yubileyinə həsr olunmuş tədbir keçirilib – FOTOLAR

0
159
bineqedi-mekteb-cabir-novruz-anim.png
Binəqədi rayonu 314 nömrəli tam orta məktəbdə Cabir Novruzun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company”nin direktoru Fikrət Əliyev, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Qonaqlar öncə şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məktəbin direktoru Fəzail Məmmədov tədbir iştirakçılarını salamlayaraq Ulu Öndərin anadan olmasının 100 illiyi çərçivəsində təhsil müəssisələrində yubileyi olan dahi şəxsiyyətlərə həsr olunan tədbirlərin davamlı xarakter almasını təqdirəlayiq addım kimi qiymətləndirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində təhsil ocağında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri dillər əzbəri olan, sözlərinə yazılan mahnılarla böyükdən-kiçiyə hər kəsin yaddaşında yaşayan Cabir Novruzun 90 illik yubileyinin qeyd edilməsinin təsadüfi olmadığını söyləyib. Bildirib ki, ədəbiyyata böyük maraq göstərən Heydər Əliyev bütün fəaliyyəti dövründə ədəbi mühitə daim qayğı göstərib, yazıçı və şairlərin böyük hamisi olub.
Cabir Novruz poeziyasını XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən biri olduğunu vurğulayan İdarə müdiri şairin yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən, hər misrası aforizmə çevrilən yaradıcılığının məktəblilər arasında təbliğini yüksək dəyərləndirib.
Millət vəkili Qənirə Paşayeva yeni dövr Azərbaycan ədəbiyyatının son yarım əsrdəki inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, şair və yazıçıların yaradıcılıq görüşlərində Ümummilli Liderin iştirakı, etdiyi çıxışları onun ədəbiyyata, sənət adamlarının yaradıcılığına necə dərindən nüfuz etdiyindən xəbər verirdi.
Qənirə Paşayeva Cabir Novruzun yüksək mənəviyyata səsləyən yaradıcılığı barədə danışarkən bildirib ki, şair poeziyası ilə vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib, yaradıcılığının başlıca mövzuları azərbaycançılıq ideyaları ilə sıx bağlı olub.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, “Unity company”nin direktoru Fikrət Əliyev çıxış edərək məktəblilərin vətənpərvər, milli ruhda yetişmələri üçün belə tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Sonra şagirdlərin ifasında Cabir Novruzun şeirləri səsləndirilib, sözlərinə yazılmış mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Sonda millət vəkili Qənirə Paşayeva tərəfindən şagirdlərə müxtəlif kitablar hədiyyə edilib. Eyni zamanda “Unity company” şirkəti tərəfindən 2 məktəblinin təhsil xərclərinin qarşılanacağı açıqlanıb.
Bir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 13 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar, kostyum və içəridə şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərBir 1 nəfər və ayaqda şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir 4 nəfər, ayaqüstə duran insanlar, oturan insanlar və içəridə şəkili ola bilərBir 11 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Kaş yaşasın millatd ruh Cabir Novruz" şəkili ola bilərBir 4 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləVüsar İsmayılov: “31 Mart Azərbaycanlıların Soyqırımı Günü heç bir zaman unudulmayacaq”
Növbəti məqalədəMüdafiə naziri Zakir Həsənov müşavirədə mühüm tapşırıqlar verdi?