Onlar da sertifikatlaşdırmaya cəlb olunacaqlar…

0
129
imtahan

Dövlət nümunəli diplomu olmayan müəllimlər də sertifikatlaşdırmaya cəlb olunacaq.

Bineqedi.com xəbər verir ki, bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən bildirilib.

“Müəllimlər üçün bu barədə məhdudiyyət yoxdur. Diplomu dövlət nümunəli olmayan müəllimlər də təhsilverənlərin sertifikatlaşdırılması prosesinə cəlb olunacaqlar”, – deyə cavabda qeyd olunub.

Həmçinin bildirilib ki, müvafiq qaydalara uyğun olaraq təhsil müəssisəsinə qəbul olunmuş şəxslər məzun olduqda dövlət nümunəli diplomla təmin olunur.

“Saxta diplom-dövlət nümunəli olmayan diplomdur. Bu anlayışlar arasında heç bir fərq mövcud deyildir. Qanuni yolla təhsil müəssisəsinə qəbul olub, təhsil almış şəxslərə dövlət nümunəli olmayan diplom verildiyi təqdirdə, məhkəməyə müraciət oluna bilər” – əlavə edilib.

Bineqedi.com

Əvvəlki məqaləBu şəxslərə oruc tutmaq təhlükəli ola bilər – TƏBİB
Növbəti məqalədəİnam Kərimov Ali Məhkəmənin hakimi təyin edildi