“Ermənistanın təxribatı Vaşinqtonda keçirilməsi planlaşdırılan sülh danışıqlarını pozmağa yönəlib”

0
97
azay-quliyev
“Ermənistanın hərbi təxribatı Vaşinqtonda keçirilməsi planlaşdırılan sülh danışıqlarını pozmağa yönəlib”.
Bineqedi.com saytı xəbər verir ki, bunu millət vəkili Azay Quliyev bildirib.
“Ermənistanın Laçın rayonu istiqamətində Azərbaycanın Silahlı Qüvvvələrinə qarşı törədtiyi hərbi təxribatın səbəblərindən biri də yaxın həftələrdə ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Vaşinqtonda keçirilməsi gözlənilən yüksək səviyyəli sülh danışıqlarının qarşısını almaq, sülh gündəliyini dəyişmək və indiyə kimi əldə olunan razılaşmanı pozmaqdan ibarətdir.
Bu danışıqların baş tutmaması üçün Ermənistana qonşu ölkələrdən, xüsusilə, İrandan belə bir təxribata əl atılması ilə bağlı təlimatın verilməsi istisna olunmur.
Azərbaycanın sülh danışıqlarına sadiq qaldığı haqqında cənab Prezidentin dünən Astanada verdiyi bəyanatdan bir gün sonra Ermənistanın belə bir silahlı toqquşmaya əl atması bu fikri daha da gücləndirir.
ABŞ-ın dövlət katibi Blinkenin və Avropa İttifaqı Şurasının prezidenti Mişelin Ermənistanın hazırda davam edən hərbi təxribatına və pozuculuq fəaliyyətinə adekvat qiymət verməsini gözləyirik”, – deyə Azay Quliyev vurğulayıb.
Bineqedi.com
Əvvəlki məqaləElmin Zamanovun sədrliyi ilə görülmüş işlərin hesabatına dair iclas keçirilib – FOTOLAR
Növbəti məqalədəUşaq bağçalarının tərbiyəçi-müəllimləri sertifikasiyadan keçirilə bilər