Binəqədidə bağlanan obyektin fəaliyyətinə icazə verildi – VİDEO

0
117
bineqedi-fhn-yoxlama-sadliq-evi-yangin.png

Fövqəladə Hallar Nazirliyi​nin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən müəyyən olunmuş nöqsanların aradan qaldırıldığı obyektin fəaliyyətinin bərpasına icazə verilib.

Bineqedi.com xəbər verir ki, bu barədə “Qafqazinfo”ya FHN-dən məlumat verilib.

Belə ki, bu ilin aprel ayında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi, 10 ünvanında yerləşən “Pak məkan hamamı” adlı obyektdə yoxlama keçirilib.

Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Həmin müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Xidmət tərəfindən sözügedən obyektdə yanğın təhlükəsizliyi ilə bağlı müəyyən edilmiş nöqsanların ötən müddət ərzində aradan qaldırıldığı nəzərə alınaraq, “Pak məkan hamamı”nın fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərar qəbul edilib.

Bineqedi.com







Əvvəlki məqaləBinəqədidə Çernobıl faciəsinin 37-cı ildönümünə həsr olunmuş tədbir keçirilib – FOTOLAR
Növbəti məqalədəBinəqədidə şadlıq evində dava – Bıçaqlanan var