“Yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq”.
Bineqedi.com saytı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.
“Selçuk bəy bu ayın əvvəlində, aprelin 3-də Azərbaycanda olarkən biz gələcək işbirliyi haqqında danışdıq və “Bayraktar” mərkəzinin Azərbaycanda yaradılması haqqında anlaşdıq. İnşallah, yaxın gələcəkdə Azərbaycanda “Bayraktar” mərkəzi yaradılacaq”, – dövlət başçısı deyib.
İkinci Qarabağ savaşının ilk dəqiqələrindən son dəqiqələrə qədər əziz qardaşım Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğan bizim yanımızda idi.
Trend xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında söyləyib.
Prezident Ərdoğanın açıqlamalarının, mesajlarının Azərbaycanı birmənalı olaraq dəstəklədiyini bildirən dövlətimizin başçısı deyib: “O söyləmişdir ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır və bu, bizə əlavə güc verdi, əlavə ruh verdi”.
Türkiyənin müdafiə sənayesi bu gün bütün dünya tərəfindən qəbul edilir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.
“Ən inkişaf etmiş, ən çağdaş, ən modern müdafiə sənayesi həm Türkiyəni, həm də bizi gücləndirir. Bu, uzun illər bundan sonra Türkiyənin güvənliyini təmin edəcəkdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Atam demişkən “bir millət, iki dövlət” və əlavə də etmək istəyirəm, “bir yumruq”!
Türkiyə son 20 il ərzində böyük və şərəfli yol keçib. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında söz sahibinə çevrilib, bizim bölgəmizdə sülhün, sabitliyin, təhlükəsizliyin qarantıdır.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında çıxışında bildirib.
Dövlətimizin başçısı vurğulayıb: “Türkiyə böyük Türk dünyasının birləşməsi içində çox böyük rol oynayır. Keçən ay Ankarada keçirilmiş Türk dövlətlərinin Zirvə toplantısında da bütün Türk dövlətləri əziz qardaşıma öz dəstəyini, hörmətini və bizim ümumi həmrəyliyimizi bildirmişdir”.
Azərbaycan Prezidenti qeyd edib ki, Türk dünyasının birləşməsində və Türk dünyası qarşısında Rəcəb Tayyib Ərdoğanın tarixi xidmətləri var.
Bineqedi.com