“Mitsubishi” dəmir arakəsməyə girdi, yaralılar var-FOTOLAR

0
152
polis-masini-hebs-cinayet

Bakının Binəqədi rayonunda avtoqəza zamanı iki nəfər xəsarət alıb.

Bineqedi.com saytı APA-ya istinadla xəbər verir ki, yol qəzası zamanı Bakı-Sumqayıt şossesində uzunmüddətli tıxac yaranıb.

Belə ki, “Toyota” markalı avtomobilin sürücüsü yüksək sürətlə minik maşınını idarə edərkən eyni istiqamətdə hərəkətdə olan “Mitsubishi”  markalı avtomobilə çırpıb. Zərbənin təsirindən “Mitsubishi” dəmir arakəsməyə çırpılıb. Zərbə o qədər güclü olub ki, dəmir arakəsmə “Mitsubishi”nin salonuna daxil olub. Avtomobildə olan iki nəfər ağır xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Yol Patrul Xidmətinin əməkdaşları çətinliklə də olsa, şosedə yaranmış sıxlığın qarşısını ala bilib.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə “Narkotiksiz gələcək naminə!” maarifləndirici tədbir keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədidə “Mercedes” və “Hyundai” qarət olundu