Təkrar sertifikasiyaya qatılmayan müəllimlər işdən çıxarılacaq – Nazirlik

0
130

İlk sertifikasiyada uğursuz nəticə göstərənlər növbəti imtahanda iştirak etməsə, onlar təkrar olaraq imtahandan kəsilmiş sayılacaqlar və əmək müqaviləsinə xitam veriləcək.

Bineqedi.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, təkrar imtahanda iştirak edə bilməyən namizədlərə güzəşt tətbiq olunmur: “Birinci imtahanda müəllim hansısa səbəbdən iştirak etməyib. Bunun üçün təkrar imtahan var. Amma təkrar imtahanda da iştirak etmirsə, artıq güzəşt olunmur”.

Nazirlik rəsmisi qeyd edib ki, müəllimlərin sertifikasiyasının dərs bölgüsünə hər hansısa təsiri gözlənilmir: “Əvvəlki qiymətləndirmə nəticələri var, dərs bölgüsü ona uyğun aparılır. 60 yaşı tamam olan müəllimlərin sertifikasiya imtahanlarında iştirakı könüllü xarakter daşıyacaqsa, onlar yalnız istədikləri təqdirdə müəllimlərin işə qəbul imtahanında iştirak edəcəklər. Əgər iştirak etsələr əmək haqlarında dəyişiklik olacaq. MİQ-də iştirak etməsələr, artım onlara şamil olunmayacaq. Hədəfimiz kimisə işdən çıxarmaq deyil. Qanunvericiliyə təklif edilən dəyişiklik qəbul olunarsa, 60 yaş üzəri müəllimlərin sertifikasiyada iştirakı könüllü olacaq. Hazırda məktəblərdə yaşı 60-dan artıq olan 5 mindən çox müəllim işləyir. Təkliflər hələ qəbul edilmədiyindən həmin müəllimlərə də iştirakla bağlı SMS göndəriləcək. Dəyişiklik olsa, məsələyə yenidən baxacağıq”.

Əvvəlki məqaləHər on uşaqdan üçündə skolioz əlamətləri müşahidə edilir – HƏKİMDƏN HƏYƏCAN TƏBİLİ
Növbəti məqalədə“Sülh” vasitəçilərinə sığınıb, sülhü gecikdirən Ermənistan – İrəvan çabalayır