Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır – Xəbərdarlıq

0
126

Sosial şəbəkələrdə vətəndaşlara müxtəlif şirkətlərin adından sərfəli iş təklifləri və ölkədə fəaliyyət göstərən bankların adından saxta iş elanları paylaşılır.

Bineqedi.com xəbər verir ki, vətəndaşlardan işə qəbulla əlaqədar göndərilən keçidə daxil olaraq müvafiq məbləğdə ödəniş etmələri üçün bank və digər fərdi məlumatlarını yazmaq tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

 

Əvvəlki məqaləDİN-dən uşaqları qamçı ilə döyən müəllim barədə AÇIQLAMA – VİDEO
Növbəti məqalədəPrezident İlham Əliyev müddətli hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb