Binəqədinin nümunəvi təhsil ocağı – 126 nömrəli məktəb

0
145

Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən 126 nömrəli tam orta məktəb 1967-ci ildə istifadəyə verilib.

Bineqedi.info xəbər verir ki, məktəb 20 yanvar şəhidi Tərlan Heybətovun adını daşıyır.

esedova-termine-bineqedi-binagadi3

Məktəbin direktoru 2017-ci ildən etibarən Əsədova Tərminə Ağaəli qızıdır.

Əsədova Tərminə Ağaəli qızı 2012-ci ildə Səbail rayon 329 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdu. 2017-ci ildə Binəqədi rayon 126 nömrəli tam orta məktəbə yerdəyişmə edilib.

Məktəbin binası birtipli layihə əsasında inşa olunub, 1060 yerlikdir.

Məktəbdə 53 sinif otağı, biologiya, fizika, kimya, GÇQH kabinetləri və 2 İnformatika sinfi vardır. Məktəbin 120 yerlik akt zalı, 2 idman zalı var. Əlavə olaraq ibtidai siniflər üçün kiçik gimnastika zalı da fəaliyyət göstərir.

esedova-termine-bineqedi-binagadi

126 nömrəli tam orta məktəb 2012-ci ildə əsaslı təmir edilib.

Məktəbdə 910 nəfər şagirdin təlim-tərbiyəsi ilə 87 nəfər müəllim məşğul olur.

Müəllimlərdən 84 nəfər daimi ştatda, 3 nəfər əvəzçiliklə işləyir.

Daimi ştatda olan müəllimlərin 72 nəfəri ali təhsilli, 12 nəfəri isə orta ixtisas təhsillidir. 1 nəfər pedaqogika üzrə fəlsəfə doktorudur. Bir nəfəfr əməkdar müəllimdir.

Bir nəfər ilin “Ən yaxşı müəllimi” müsabiqəsinin qalibidir.

Hazırda məktəbdə 901 nəfər şagird 38 sinifdə komplektləşdirilib.

Tədris iki dildə – Azərbaycan və rus dillərində aparılır.

Məktəb 2010-cu ildə “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub.

Məktəbin məzunları yüksək nəticələri ilə Bakı məktəbliləri arasında daim fərqləniblər. Bu gün onlar müxtəlif təhsil ocaqlarında təhsil alır, əksəriyyəti isə müxtəlif vəzifələrdə ölkəmizin inkişafı üçün çalışırlar.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə “Milli Musiqi Günü” münasibətilə tədbir keçirilib
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib