Binəqədidə sürücü sərnişini qarət edib, maşından atıb

0
103
bineqedi

Bakıda taksi sürücüsü sərnişinə qarşı soyğunçuluq edib.

Bineqedi.com saytının Daxili İşlər Nazirliyinə istinadən xəbərinə görə, mayın 27-nə keçən gecə Binəqədi rayonu ərazisində taksi sürücüsünün sərnişinini itələyib avtomobildən düşürməsi və mobil telefonunu talayaraq getməsi barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səmədzadə müəyyən olunaraq saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqalə“Çoxdan arzulayırdım ki, sizi qucaqlayıb öpüm” – Prezidentə sevginin videosu
Növbəti məqalədəBinəqədi Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir – FOTOLAR