Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Sönməz, əbədididr Heydər Əliyev” mövzusunda şeir müsabiqəsinin, “Tarix yaradan Dahi” mövzusunda inşa-yazı müsabiqəsinin və mini-futbol turniri qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Bineqedi.com saytına verilən məlumata görə, müsabiqələrin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunması, Heydər Əliyevin irsinin və Azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliği, Azərbaycanın tarixində müstəsna xidmətləri olmuş şəxsiyyətlərin gənclər arasında tanıdılması, istedadlı şagirdlərin inşa yazı və bədii-qiraət sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması, məktəblilərin futbol idman növünə marağını artırılması, həmçinin, onların sağlam böyüməsini və asudə vaxtını səmərəli keçirməsini təmin etməkdən ibarətdir.
Müsabiqənin mükafatlandırma mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev iştirak etmişdir.
Sonda iştirakçılara müvafiq dərəcəli diplomlar təqdim olunmuşdur.
Bineqedi.com



