Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xocəsəndə səyyar qəbul keçirib – Fotolar

0
117
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib.
Bineqedi.com saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Şəhid Sənan Zamanov (Muğan küçəsi) küçəsinin asfatlanması, kanalizasiya xəttində yaranmış problemin aradan qaldırılması, küçənin işıqlandırılması və küçə adını bildirən lövhələrin vurulması; Şəhid İskəndər Dövlətli küçəsində (Bələdiyyə küçəsi) ödəniş terminalının yerləşdirilməsi; R.Allahverdiyev küçəsi, 313 saylı məktəbin qarşısında yerləşən mövcud avtobus dayanacağının təmir edilməsi; Şəhid İskəndər Dövlətli küçəsində (Bələdiyyə küçəsi) əlavə drenaj sisteminin quraşdırılması; Motodrom y/m, Zəngibasar küçəsinin asfaltlanması və Xocəsən Sağlamlıq Mərkəzində stasionar xidmətin göstərilməsi üçün yeni korpusun tikilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Əvvəlki məqaləDİN-dən polisin rəislə bağlı iddialarına dair AÇIQLAMA
Növbəti məqalədəBinəqədidə avtomobilin vurduğu 22 yaşlı oğlan 12 gün sonra xəstəxanada öldü