Azay Quliyev yenidən ATƏT PA-da komitə sədri seçilib

0
271
azay-quliyev-deputat-bineqedi1.jpg

ATƏT Parlament Assambleyasının (PA) Vankuverdə keçirilən illik sessiyasında Milli Məclisin deputatı, Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev yenidən qurumun İqtisadi və Ekoloji məsələlər üzrə Komitəsinin sədri vəzifəsinə seçilib.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə o, “Twitter” hesabında məlumat verib.

“Vankuverdə keçirilən iclasda məni yenidən ATƏT Parlament Assambleyasının İqtisadi və Ətraf Mühit Məsələləri üzrə Baş Komitəsinin sədri vəzifəsinə seçdikləri üçün həmkarlarıma səmimi qəlbdən təşəkkür edirəm. Bütün gözləntiləri doğrultmaq üçün əlimdən gələni edəcəyəm, həmçinin bütün nümayəndələrlə sıx əməkdaşlığı səbirsizliklə gözləyirəm”, – o qeyd edib.

 

Əvvəlki məqaləDövlət Agentliyinin rəhbəri: “İcbari tibbi sığorta üzrə qiymətlər artırılacaq”
Növbəti məqalədə“Daha güclü zəlzələnin olma ehtimalı yoxdur”