Ana 15 günlük körpəsini zibilliyə belə atıb – Video

0
157

Bakıda ananın 10-15 günlük körpəsini zibil qutusuna atmasının görüntüləri yayılıb.

Bineqedi.com saytı Baku TV-yə istinadən görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə dünən saat 14 radələrində Sabunçu qəsəbəsi Tatarski küçəsində yerləşən “Oba” marketin yaxınlığında baş verib.

Oradakı zibil yeşiklərindən birinin içərisindən 10-15 günlük körpə parçaya bükülmüş halda aşkar edilib. Əraziyə dərhal təcili tibbi yardım çağırılıb. Körpə həkimlərin iştirakı ilə 1 saylı Körpələr Evinə aparılıb.

Uşağın anası S.Qasımova polis əməkdaşları tərəfindən müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.

Hazırda həmin şəxs barəsində toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Körpənin kənd sakinləri tərəfindən tapılma anı

Əvvəlki məqaləPrezidentin yüksək vəzifə verdiyi Əmirbəyov kimdir?
Növbəti məqalədə“Xocalıda separatçı rejiminin “bayrağı”nın asılması Rusiyanın sülhə qarşı olduğunu açıq göstərir”