Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Bineqedi.com apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. Belə ki, 1972-ci il təvəllüdlü Fiday Yesay oğlu Məmmədov yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.