Binəqədi polisləri çimərlikdən motosiklet qaçıran şəxsi saxladılar

0
146
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

İyulun 30-da saat 23 radələrində Novxanı çimərliyində Bakı şəhər sakini R.Həsənova məxsus “Nama” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Həsənov motosikletlə saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Əvvəlki məqaləİki general vəzifəsindən azad olundu
Növbəti məqalədəBinəqədidə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib