Binəqədidəki yanğın söndürüldü

0
614
yangin

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Bineqedi.com xəbər verir ki, bu haqda FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının geniş ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ilkin məlumata əsasən, təxminən 1000 m² sahədə yerləşən taxta, karton və plastik yeşiklərin satış məntəqəsinin 300 m²-i yanıb.

Satış məntəqəsinin qalan hissəsi, yaxınlıqda yerləşən fərdi yaşayış evləri və təkər satışı məntəqəsi yanğından mühafizə olunub.

Əvvəlki məqaləBinəqədidə Çingiz Aytmatovun heykəli qoyulacaq
Növbəti məqalədəBinəqədidə pizzadan altı nəfərin zəhərləndiyi müəssisənin fəaliyyəti məhdudlaşdırılıb – FOTO