Qəzada həlak olan hərbçilərin – Fotoları

0
62

Xəbər verdiyimiz kimi, bu gün çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Bineqedi.com-un məlumatına görə, qəzada həlak olan hərbçilərimizlə bağlı bəzi məlumatlar sosial şəbəkələrdə yayılıb.

Həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçuları-Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğluna şəhid statusu veriləcək.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.

P.Sədrəddinov qeyd edib ki, qəza nəticəsində həyatlarını itirən hərbçilərə şəhidlik statusu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi hissə tərəfindən təqdim ediləcək bildiriş əsasında veriləcək.

Məlumata görə, Əliyev Taleh Zərdab rayon Gödəkqobu kəndindəndir.

Digər hərbçimiz Namazov Nihad isə Tovuzun Qovlar şəhərindən olduğu bildirilir.

Onların fotolarını təqdim edirik:

Fotoda Əliyev Taleh

Fotoda Namazov Nihad

Fotoda Həsənov Elgün

 

Əvvəlki məqaləBinəqədidə bu binalara 32 ildir istilik verilmir – VİDEO
Növbəti məqalədəAQTA sədri: “Ərzaq və qeyri-ərzaq məhsullarının bir yerdə daşınması qəti qadağandır”