Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi – FOTOLAR

0
4731
elxan-allahverdiyev-bineqedi.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Zeynallı küçəsində piyada yol keçidinin rənglənməsi, Xırman küçəsində kanalizasiya xəttinin çəkilişi zamanı qazılmış asfalt örtüyünün bərpa olunması, M.Hüseynzadə küçəsində naməlum mənbədən axan suyun qarşısının alınması, A.Zeynallı küçəsi 24 saylı binanın qarşısında su xəttinin təmiri zamanı qazılmış asfalt örtüyünün tullantılarının təmizlənməsi, Binəqədi yolu, 10-cu döngədə 200 m yolun asfaltlanması, Biləcəri qəsəbəsi Yeni yaşayış massivində kanalizasiya xəttinin yuyulması, Y.İmanov küçəsində avtomobillərin hərəkətinə maneə törədən ağacın budanması, Biləcəri Şəhidlər Xiyabanında çəkilmiş hasarın suvanması və rənglənməsi, Şəhidlərin şəkillərinin qarşısında güllərin əkilməsi və adlarına küçə verilmiş 5 Şəhid adı qeyd olunmuş küçə lövhələrinin quraşdırılması, Səfəvi küçəsi I döngəyə 200 m asfalt örtüyünün çəkilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 7 nəfər şəkili ola bilərBir 12 nəfər şəkili ola bilərBir 13 nəfər və kostyum şəkili ola bilərBir 8 nəfər və kütlə şəkili ola bilərBir 13 nəfər şəkili ola bilərBir 7 nəfər şəkili ola bilərBir 2 nəfər və kütlə şəkili ola bilərBir 12 nəfər və kütlə şəkili ola bilərBir 10 nəfər şəkili ola bilər
Əvvəlki məqalə“Silahı yerə qoyan ermənilərə amnistiya tətbiq edilə bilər” – Prezidentin köməkçisi
Növbəti məqalədəAğdərədən çıxan ermənilər yolu minalayıb – Foto