Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.com saytı report-a istinadən xəbər verir ki, Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin yaxınlığında avtomobil yolu keçən 1955-ci il təvəllüdlü Xanlar Əli oğlu Zülfüqarovu vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.