Paşinyan: Rusiya sülhməramlıları Qarabağdan çıxsa…

0
2091
pasinyan

Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlılarının Ermənistana köçürülməsinin əleyhinədir.

Bineqedi.com trend-ə istinadən bildirir ki, bu barədə erməni KİV-i məlumat verib.

Paşinyan bildirib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsə, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiya Federasiyasına qayıtmalıdırlar.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti mövcud şəraitə uyğunlaşdırılacaq.

Onun sözlərinə görə, son bir ildə Qarabağdakı vəziyyət kardinal şəkildə dəyişib:

“2022-ci ilin oktyabrında Ermənistan baş naziri Avropa İttifaqının himayəsi altında keçirilən Praqa sammitində Qarabağ regionunun Azərbaycanın ərazisi kimi tanıyıb. O, bu mövqeyini bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə bir daha təsdiqləyib. Bununla da 2020-ci ildə Rusiya sülhməramlı kontingentinin regiona yerləşdirilməsi şərtləri ciddi şəkildə dəyişib.

19-20 sentyabrdakı toqquşmalardan sonra əhalinin kütləvi şəkildə region tərk etməsi fonunda sülhməramlılarının fəaliyyəti (mövcüd şəraitə – red) uyğunlaşdırılacaq. Bu haqda bir müddət əvvəl Rusiya prezidenti də deyib.

Artıq Rusiya sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postları yığışdırılıb. Sülhməramlılarımıza aid prinsipial məsələlər artıq dediyimiz kimi Bakı ilə müzakirə olunur”.

Əvvəlki məqaləNazir: “Anaların təhsilli olması olduqca vacib faktordur”
Növbəti məqalədəAzərbaycan XİN-dən Paşinyana cavab: “Ermənistan tarixdən dərs çıxarmır”