Nazir: “Anaların təhsilli olması olduqca vacib faktordur”

0
2101
emin-emrullayev-tehsil-naziri

“Anaların təhsilli olması olduqca vacib faktordur”.

Bineqedi.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı-2023”ün təqdimat mərasimində deyib.

“Biz çalışmalıyıq ki, uşaq əsasən təhsilli, savadlı ana tərəfindən tərbiyə almış olsun. Bu baxımdan, qadınlarımızın təhsil alması, onların təhsilə olan marağının artırılması çox önəmlidir”, – nazir vurğulayıb.

“Azərbaycanda adlı tələbə təqaüdlərinin sayı azdır”.

Nazir nümunə olaraq bildirib ki, xaricdəki hər hansı universitetdə bir neçə yüz adda təqaüd var:

“Ümid edirəm ki, biz də daha çox adda təqaüd görəcəyik və təhsilə əlçatanlıq artacaq. Tək dövlət təhsili olmamalı, eləcə də nazir sırf dövlət təhsil müəssisələrini tənzimləyən şəxs olmamalıdır. Özəl sektor da bu sahədə fəaliyyətini artırmalıdır. Bu gün təqaüdlərə ayrılan vəsaitlər bir neçə milyon manatdan çox deyil və gediləcək uzun yol var”.

Əvvəlki məqaləBinəqədidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib – Foto
Növbəti məqalədəPaşinyan: Rusiya sülhməramlıları Qarabağdan çıxsa…