YAP Binəqədi rayon təşkilatının yeni üzvlərinə vəsiqələr təqdim olunub – Fotolar

0
155
yap-bineqedi-teskilati-ramiz-goyusov

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “Binəqədi rayonu, Xocasən qəsəbəsi, Sumqayıt şossesi 3-cü km” ünvanlı ərazi ilk partiya təşkilatında iclas keçirilib.

Bineqedi.info saytı xəbər verir ki, iclası ərazi ilk partiya təşkilatının sədri, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin direktoru Cümşüd Bağırov açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb.

Kompleksin ərazisində aparılan abadlıq və yenidənqurma işləri haqqında məlumat verib. Bu işlərin davamlı olmasından, ölkə rəhbərinin bütün sahələrə olduğu kimi nəqliyyat qovşaqlarının yenilənməsi və inkişafına olan qayğısından söz açıb.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə sıx münasibətdə olduğunu və bu cür tədbirlərin, görüşlərin davamlı olmasının vacibliyini bildirib.

yap-bineqedi-teskilati-ramiz-goyusov1

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxışında son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir başa təşəbbüsü və rəhbərliyi altında ölkəmizdə aparılan sosial, iqtisadi, struktur və kadr islahatları nəticəsində əldə edilən uğurlardan ətraflı məlumat verib.

Bu uğurların əldə edilməsində və təbliğində Yeni Azərbaycan Partiyasının rolunu qeyd edib. Ramiz Göyüşov bildirib ki, bu yaxınlarda YAP nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub.

yap-bineqedi-teskilati-ramiz-goyusov2

Görüşdə Çin Xalq Partiyasının Yeni Azərbaycan Partiyası ilə münasibətlərindən, qarşılıqlı əlaqələrdən, birgə tədbirlər barədə geniş məlumat verib.

İclas diskussiya şəklində davam etdirilib.

Sonda bir qrup partiya üzvlərinə partiya vəsiqələri təqdim olunub.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə 21 yaşlı gənc niyə bıçaqlanıb? – Məhkəmə
Növbəti məqalədəBinəqədidə şəhid şair Ülvi Bünyadzadə yad olunub – Fotolar