Bu yol bağlı olacaq – Sürücülərin nəzərinə!

0
1669
yol

Bakı şəhəri, Xətai rayonu, Cavanşir yolötürücüsündə oktyabrın 19, 20 və 21-də saat 23:00-dan 23:15-ə qədər (15 dəq.) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bineqedi.com xəbər verir ki, bu barədə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

O bildirib ki, yol aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq bağlanacaq:

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan və sözügedən körpünün aşağısından keçən yoldan istifadə etmələri xahiş olunur.Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”.

Əvvəlki məqaləPrezident bu il ali məktəblərə yüksək balla daxil olmuş tələbələrə təqaüd ayırıb – SİYAHI
Növbəti məqalədəQardaşının öldürdüyü 20 yaşlı İlahə tələbə imiş