Rafiq Nağıyev kimi peşəkarlara etimad göstərilməsi də kadr islahatlarının tərkib hissəsidir

0
5798
bineqedi-tibb-merkezi-rafiq-nagiyev4

Azərbaycanda səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda da Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.

Səhiyyədə innovasiyaların və rəqəmsal həllərin stimullaşdırılması, tibb işçilərinin davamlı təhsilinin təmin edilməsi, beynəlxalq elm və araşdırma mərkəzləri ilə birgə kliniki tədqiqatların keçirilməsi, ölkənin tibbi potensialının inkişaf etdirilməsi kimi prioritet əməkdaşlıq istiqamətlərində beynəlxalq və regional təşkilatlar, dünyanın aparıcı tibb müəssisələri, səhiyyə qurumları ilə intensiv işlər aparılır.

Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu siyasətin əsas prioritetlərini təşkil edir.

Son illər Azərbaycan ictimai səhiyyəsində müasir prinsiplərə əsaslanaraq innovativ texnoloji nailiyyətlər və mütərəqqi menecment resursları tətbiq edilməklə genişmiqyaslı islahatlar aparılmaqdadır.

Prosesin davamı kimi ən vacib məqamlardan biri də kadr islahatlarıdır.

Cənab Prezidentin də çıxışlarında vurğuladığı kimi, onun kadr təyinatında irəli sürdüyü əsas tələb ondan ibarətdir ki, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidirlər.

Dövlətçiliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir.

Eyni zamanda, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır.

Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır.

Səhiyyə sahəsində aparılan kadr islahatları artıq bir çox səhiyyə müəssisələrinin də fəaliyyətində öz müsbət nəticəsini göstərməkdədir.

Buna misal olaraq “Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik-hüquqi şəxsi qeyd etmək istərdik.

Mərkəzin baş həkimi Rafiq Nağıyev də dövlətçiliyi, vətənpərvərliyi, milli ruhu, milli dəyərləri hər şeydən üstün tutan kadrlardandır.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mərkəzdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlər zərfi çərçivəsində görülən işlər əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunmasına imkan verir.

Uğurlu səhiyyə islahatları 3 əsas prinsip üzərində qurulur. Bunlardan birincisi isə insan kapitalının inkişafıdır.

Milli səhiyyədə müasir düşüncəli və beynəlxalq təcrübəyə malik tibbi kadr potensialının formalaşdırılması, bu sahədə uğurlu mübadilələrin aparılması, tibb təhsili və elmində inklüziv inkişafa nail olması istiqamətində məqsədyönlü və davamlı layihələr icra olunur.

Bəli, ölkəmizdə səhiyyənin güclü maddi-texniki bazası yaradılıb. Kifayət qədər səriştəli, savadlı, bacarıqlı, idarəetməni bilən kadr potensialı formalaşıb.

Tam əminliklə demək olar ki, həmin kadrlardan biri də “Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik-hüquqi şəxsin baş həkimi Rafiq Nağıyevdir.

Rafiq Nağıyev “Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik-hüquqi şəxsin baş həkimi olmaqla yanaşı, burada cərrahiyyə əməliyyatlarının icrası prosesində də iştirak edir.

Səhiyyə islahatlarının uğurla davam etdirilməsi birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır.

Düşünürük ki, Rafiq Nağıyev kimi peşəkarlara etimad göstərilməsini də bu prosesin tərkib hissəsi hesab etmək olar.

bineqedi-tibb-merkezi

Dövlət başçısının rəhbərliyi altında səhiyyə sistemində aparılan əsaslı islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin yeni müasir konsepsiyalara uyğun formalaşdırılması, ən yaxşı beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu islahatların təməlini təşkil edir.

Səhiyyə sahəsində aparılan mühüm işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da rolu böyükdür.

Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən–günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur.

“Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik-hüquqi şəxsi bu gün inkişaf dövrünü yaşayır.

Mərkəzdə əhaliyə tibbi yardım göstərilməsini təmin etmək, xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə müxtəlif tədbirlər görülür.

Burada qabaqcıl beynəlxalq təcrübə nəzərə almaqla, əhalinin sağlamlığının qorunması sahəsində elmi-texniki nailiyyətlərin tətbiqi üçün də addımlar atılır.

Səhiyyə ocaqlarının fəaliyyətinin davamlı olaraq gücləndirilməsi dövlət siyasətinin prioritetlərindədir. Rafiq Nağıyev də öz işində bu prinsipi əsas amillərdən biri kimi nəzərdə tutur.

Rafiq Nağıyevin iştirakı ilə baş tutan tibbi seminarlarda müxtəlif mövzular araşdırılaraq müzakirəyə çıxarılır. İş prosesində səsləndirilən təkliflərə uyğun addımlar atılır.

Mərkəzdə müxtəlif müayinələrin dəqiq aparılması üçün laboratoriya, ultra səs müayinəsi, rentgen, elektrokardioqrafiya, səmərəli müalicə nəticəsi əldə etmək üçün isə oftalmologiya, terapiya, cərrahiyyə, travmatologiya, ginekologiya, diş, lor və s. üzrə xidmətlər göstərilir.

Mərkəzin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi də daim diqqətdə saxlanılır.

Tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Mərkəzdə yeni-yeni uğurların əldə ediləcəyinə əminik.

Onu da qeyd edək ki, “Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik-hüquqi şəxsində şəhid ailələrinin üzvlərinə, qazilərə, Qarabağ müharibəsi iştirakçılarına daimi olaraq hörmət, ehtiram, diqqət və qayğı göstərilir.

Rafiq Nağıyevin də qeyd etdiyi kimi, bunu özümüzə borc bilirik.

bineqedi-tibb-merkezi-rafiq-nagiyev

Onu da əlavə edək ki, “Ə. D. Məlikov adına Binəqədi Tibb Mərkəzi” publik-hüquqi şəxsin baş həkimi Rafiq Nağıyev YAP Binəqədi rayon təşkilatının fəaliyyətində, tədbirlərində, həmçinin rayonun ictimai-siyasi, mədəni həyatında hər zaman yüksək fəallıqla iştirak edir.

Rafiq Nağıyev Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən regionun ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası sıralarında qürurla təmsil olunduğunu söyləyib.

Rafiq Nağıyev bir müddət öncə YAP Binəqədi rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib.

Biz də öz növbəmizdə Rafiq Nağıyevə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayır, qarşıya qoyulan bütün tapşırıq və hədəflərə uğurla nail olmasını diləyirik.

Hikmət Həsənov, Bineqedi.com saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası

Əvvəlki məqaləMetroda gedişhaqqı tarifləri ilə bağlı yenilik
Növbəti məqalədəBinəqədidə Vətən müharibəsi şəhidi Elnur Mustafayevin xatirəsi anılıb – Foto