Mingəçevirdə hepatit A virusuna yoluxan beş nəfər uşaq Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.
Bineqedi.com xəbər verir ki, bu barədə oxu.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevirdə məktəblilər arasında hepatit A virusuna yoluxma faktının aşkarlanması barədə açıqlama verib.
Beş nəfər uşaq hepatit A virusuna yoluxub:
“Bir nəfər 8 nömrəli məktəbin, iki nəfər texniki-humanitar liseyin şagirdi, iki nəfər isə məcburi köçkün məktəbinin şagirdləridir. Onlar 7, 9 və 10-cu sinif şagirdləridir”.